Bakıda “Prius” sürücüsünə hücum! - Bıçaqla hədələyib pulunu aldı

 Bakıda “Prius” sürücüsünə hücum! - Bıçaqla hədələyib pulunu aldı

Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub. 

Asayis.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

15:00 - 11 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin