DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT

 DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT

Baş DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib. 

Asayis.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

10:30 - 11 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin