DİN Bakıdakı atışma ilə bağlı yeni məlumat yaydı

 DİN Bakıdakı atışma ilə bağlı yeni məlumat yaydı

Daxili İşlər Nazirliyi bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən “Asayis.Az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb:

“Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. 

Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. 

Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”.

18:22 - 10 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin