Azərbaycanda içməli suyun qiyməti yenidən bahalaşa bilər

 Azərbaycanda içməli suyun qiyməti yenidən bahalaşa bilər

İçməli suyun qiymətinin gələcəkdə artırılması üçün Azərsu ASC təşəbbüslə çıxış etmək istəyir.

Asayis.Az xəbər verir ki, bunu Azərsu ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir:

"Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər".

15:57 - 10 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin