Vüsalə Əlizadə şikayətləndi: "Kim haranı istəyir sökür, boğaza yığıldıq" - VİDEO

 Vüsalə Əlizadə şikayətləndi:

Aparıcı Vüsalə Əlizadə yoldan şikayətlənib. 

Asayis.Az xəbər verir ki, bununla bağlı şəxsi instaqram hesabında video paylaşan Əlizadə, yolların tez-tez təmir olunmasından və bunun şəhərdə uzun müddətli tıxac yaratmağından narazılıq edib:

"Günün günorta çağı bu nə deməkdir? Bir qarış yeri qırlayacaqlar deyə, 1 saat 10 dəqiqədir tıxacda nəfəsimiz kəsildi. Onsuz da stresli həyatımız bitmir, bu yollardan çəkdiyimiz nədir? Bu işə müəyyən bir saat ayrıla bilməz? Kim haranı istəyir sökür, boğaza yığıldıq".

18:22 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin