Bu market və kafelərdə nöqsanlar aşkarlandı - SİYAHI

 Bu market və kafelərdə nöqsanlar aşkarlandı - SİYAHI

Martın 7-də Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində monitorinqlər keçirilib.

Asayis.Az xəbər verir ki, ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

18:11 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin