Samirə Əfəndinin maşınına tüpürən şəxs saxlanıldı

 Samirə Əfəndinin maşınına tüpürən şəxs saxlanıldı

Keçmiş Avroviziya təmsilçimiz Samirə Əfəndinin avtomobilinə hücum edən şəxs saxlanılıb.

Asayis.Az-ın lent.az-a istinadən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən X.Atakişiyev müəyyən edilərək saxlanılıb.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

X.Atakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Protokola Nəsimi Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilk iclası martın 9-da keçiriləcək.

19:55 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin