Azərbaycanda 45 polis işdən çıxarıldı

 Azərbaycanda 45 polis işdən çıxarıldı

Ötən il Azərbaycanda etik davranış qaydalarını pozduğu üçün cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.

Asayis.Az lent.az-a istinadən xəbər verir ki, etik davranış qaydalarını pozduğu üçün 186 əməkdaşa intizam tənbehi verilib.

Onlardan 23-ü daxili işlər orqanlarında xidmətdən xaric olunub, 22-i tutduğu vəzifədən azad edilib,  141-i barəsində digər məsuliyyət tədbirləri görülüb.

17:17 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin