Sabah 18° isti olacaq

 Sabah 18° isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.AZ-a verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

14:47 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin