İranda öldürülən Orxan Əsgərovun 40 mərasimi keçirilir - FOTO

 İranda öldürülən Orxan Əsgərovun 40 mərasimi keçirilir - FOTO

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimidir. 

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, şəhid Orxan Əsgərovun 40 mərasimi Gəncə şəhəri “Kür Xəzər” Mərasim evində keçirilir. 

Mərasim saat 16:00-a qədər davam edəcək. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. 

Qeyd edək ki, Gəncədə doğulan Orxan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın Pediatriya şöbəsinin müdiri Rizvan Əsgərovun oğludur. Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. O.Əsgərov ailəli olub. Onun 16 yaşlı qızı, səkkiz yaşlı oğlu var. 

13:16 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin