Azərbaycanda evdən 20 min manatdan artıq oğurluq edilib

 Azərbaycanda evdən 20 min manatdan artıq oğurluq edilib

Abşeronda evdən 20 min manatdan çox oğurluq edilib.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Masazır qəsəbəsində 5 evdən ümumilikdə 1 500 manat pul və 18 665 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Etibar Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

12:29 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin