“Bravo”dakı basqınla bağlı bir neçə nəfər də tutuldu

 “Bravo”dakı basqınla bağlı bir neçə nəfər də tutuldu

Martın 4-də Bakıda “Bravo” hipermarketinə edilmiş silahlı basqınla əlaqədar yeni tutulanlar var.

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər veruir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı hücumu həyata keçirən dəstənin daha bir neçə üzvü tutulub. Onlardan biri Lənkəran rayon sakini, 2002-ci il təvəllüdlü Dəyanət Qüdrətovdur.

Məsələ ilə bağlı hüquq-mühafizə qurumları tərəfindən əlavə məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, hadisənin baş verdiyi gün keçirilmiş əməliyyat zamanı silahlı müqavimət göstərmiş Ağcabədi rayon sakini, 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib.

10:01 - 9 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin