Sumqayıtda baş energetik faciəvi şəkildə öldü

 Sumqayıtda baş energetik faciəvi şəkildə öldü

Sumqayıtda şirkətlərin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Asayis.az-ın  əldə etdiyi məlumata görə, “Azərit” ASC-nin baş energetiki Elxan Misirxanov iş yerində cərəyan vurması nəticəsində dünyasını dəyişib. Onun iş başında olarkən ehtiyatsızlıqdan vəfat etməsi məlum olub

Baş Prokurorluğun Mətbuat xidmətindən Asayis.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə martın 6-sı 16 radələrində baş verib: “Elxan Misirxanovun ASC-yə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir”.

16:12 - 8 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin