Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən fərdi yaşayış evi yanıb.
Asayis.Az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
FHN-in "112" qaynar telefon xəttinə evdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı BAKU.WS-in "qaynar xətti"nə daxil olan görüntüləri təqdim edirik: