Şəmkirdə sürücü minik avtomobilini yük maşını kimi istifadə etdi - VİDEO

 Şəmkirdə sürücü minik avtomobilini yük maşını kimi istifadə etdi - VİDEO

Şəmkirdə sürücü minik avtomobilini yük maşını kimi istifadə edib.

Asayis.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı kadrlar Şəmkir rayonu “Dörd yol” adlanan ərazidə çəkilib.

Görüntülərdən də aydın olur ki, VAZ-2106 markalı avtomobilin sürücüsü avtomobilə normadan artıq yük yığıb.

Sürücü təxminən 2-3 metrə qədər yuxarı qaldırdığı təhlükəli yükü isə iplə bir neçə yerdən bağlayıb. O, öz həyatı ilə yanaşı digər hərəkət iştrakçıları üçün də ciddi təhlükə yaradıb. Küləkli havada həmin yük - dəmir parçaları hər an yola səpələnə bilər. Bu da yolda faciəvi qəzalara səbəb olar.

Görüntüyə münasibət bildirən yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib ki, sürücü yükdaşıma qaydalarını kobud şəkildə pozub.

Ekspert bildirib ki, İnzibati Xətalar Məcəlləsində bu pozuntuya görə 40 manat cərimə nəzərdə tutulur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bilidirildi ki, həmin avtomobilin sürücüsü aşkar edilib və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib.

Daha ətraflı süjetdə:

10:50 - 8 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin