Hindistanın Telangana Kamareddy bölgəsində yaşayan 70 yaşlı qadın 20 meymunun hücumuna məruz qalıb. Asayis.Az xarici mediaya istinadən məlumatına görə, meymunlara müqavimət göstərə bilməyən 70 yaşlı qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.
Yerli mənbələr qonşularının qorxudan köməyə gəlmədiyini, meymunlar qaçana qədər evlərinə qapandıqlarını deyib.
Xilasetmə qrupları qadının hücum zamanı yerə yıxılaraq başını yerə çırpdığını, daha sonra isə kəllə-beyin travması aldığını bildirib.