Bakıda gənc oğlanı avtomobil vuraraq komaya salıb

 Bakıda gənc oğlanı avtomobil vuraraq komaya salıb

 

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Manafov Rafət Ziyafət oğlu yolu keçərkən onu “Skoda” markalı maşın vurub. Hadisəni törədən avtomobilin sürücüsü yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb. Həkimlər yaralının komatoz vəziyyətində olduğunu bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

10:57 - 6 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin