Tacikistanda 4 bal gücündə zəlzələ olub.
Asayis.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komitəsi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 05:23-də qeydə alınıb.
Yeraltı təkanların episentri Düşənbədən 370 km cənub-şərqdə, Dağlıq Bədəxşan Muxtar Vilayətində yerləşib.
Baş vermiş hadisə nəticəsində insan tələfatı və dağıntı yoxdur.