Qəzəbli qadın maşınla ailəsini əzdi - Anası öldü

 Qəzəbli qadın maşınla ailəsini əzdi - Anası öldü

Türkiyənin İstanbul şəhərində dəhşətli qəza hadisəsi baş verib. 

Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil İlay Nehir ticarət mərkəzinin dayanacağında parkinq üstündə qadın sürücü ilə mübahisə edib. Bu zaman o, ani hərəkətlə səhvə yol verib və öz anası, qaynanası və fiziki qüsurlu övladını əzib.

Qəza nəticəsində vəkilin anası həyatını itirib. 

Qəzadan şoka düşən İlay Nehir çaxnaşma içində ətrafdakılardan kömək istəyib. Yaralılar dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. Vəkilin qaynanası gəlinindən şikayətçi olmayıb.

Anasını səhvən öldürən vəkil İlay Nehir barəsində istintaq başlayıb. O, ifadəsində qəzanın qəzəbli olması səbəbindən avtomobilə idarəetməni itirməsi nəticəsində baş verdiyini bildirib.

15:18 - 4 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin