Bərdədə çörək sexi ilə bağlı araşdırma başlayıb - FOTO

 Bərdədə çörək sexi ilə bağlı araşdırma başlayıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bərdə rayonu, Yeni Əyricə kəndində fəaliyyət göstərən fiziki şəxs Fəttahov Məhərrəm Yahya oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Asayis.Az xəbər verir ki, bu barədə Asayis.Az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

14:19 - 3 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin