Türkiyənin “Beşiktaş” klubu Azərbaycana gələcək.
Asayis.Az xəbər verir ki, bu barədə Sabah nəşri məlumat yayıb.
Bildirilir ki, klub zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Azərbaycan və Almaniyada yoxlama oyunları keçirəcək.
Məlumata görə, "qara qartallar" Almaniyanın “Borussiya” və “Leypziq” klubları ilə bu ay qarşılaşacaq.
Azərbaycan klublarından hansı ilə matç təşkil ediləcəyi məlum olmasa da qarşılaşmanın aprel ayında baş tutacağı qeyd olunub.
Əldə ediləcək bütün gəlir zəlzələ qurbanlarına ianə ediləcək.