Naxçıvanda mülki müdafiə ilə bağlı göstərici məşqlər keçirilib

 Naxçıvanda mülki müdafiə ilə bağlı göstərici məşqlər keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında ümumdünya mülki müdafiə günü ilə bağlı göstərici məşqlər keçirilib. Asayis,Az xəbər verir ki, göstərici məşqlərdə Muxtar Respublikanın Ali və orta təhsul müəssisələrində təhsil alan tələbələr iştirak edib. İştirakçılara əvvəlcə mülki müdafiənin mahiyyəti barədə məlumat verilib. 11 tədris nöqtəsindən ibarət məşqlərdə gənclərə dalğıc avadanlıqlarının idarə olunması izah olunub, su nasoslarının qaydaları və istifadə yöntəmi göstərilib. Sonrakı təlim nöqtələrində zirzəmilərdə və tüstü bürüyən otaqlardan xilas edilməsi göstərilib. 

 

 

20:50 - 2 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin