Büdcədən pul mənimsəyən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

 Büdcədən pul mənimsəyən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

“Bərəkət” Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru Rəfail Hüseynovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə prokurorluğun mətbuat xidmətindən bildirilib. 

İstintaq zamanı Rəfail Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Neftçala rayonunda sudan qanunsuz istifadəyə şərait yaratması nəticəsində dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Rəfail Hüseynova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

18:10 - 2 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin