"Anam da onkoloji xəstəlikdən əziyyət çəkirdi"

"Anam da onkoloji xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin. Çox ağır, ciddi və pis xəstəlikdir. Mücadilə aparırsan, varını, yoxunu qoyursan, nəticə pis olur. Vaxtında müayinə edilməlisən ki, belə acı yaşamayasan".

Asayiş.Az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Space səhər" verilişində deyib. O, anasının xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirib. 

Mərhum Əməkdar artist Tünzalə Əliyevadan danışan Rövşanə onunla xatirəsini bölüşüb:

"Tünzalə mənə zəng etdi ki, hansı həkimi məsləhət görürsən? Ona bir həkim məsləhət gördüm, amma gec idi. Çünki mədəsindən də əməliyyat olunmuşdu. Ona demədim ki, bu xəstəliyin müalicəsi ilə ancaq ömrü uzadırsan. Anamda da görmüşdüm ki, onkoloji xəstələrin səsi tutulur".

16:29 - 2 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin