Türkiyədə həbslər davam edir - Saxlanılanların sayı 218-ə çatdı

 Türkiyədə həbslər davam edir - Saxlanılanların sayı 218-ə çatdı

Türkiyədə zəlzələ nəticəsində dağılan binalara görə həbs olunanların sayı 218 nəfərə çatıb.

Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu tərəfindən ümumilikdə 869 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib.

Saxlanılanlardan 218-i həbs edilib, 151 şübhəli barəsində axtarış qərarı verilib. 81 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, şübhəlilərdən 31-nin həyatda olmadığı müəyyən edilib. Araşdırmalarda 5 şübhəlinin xaricdə olduğu ortaya çıxıb. 81 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

15:38 - 2 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin