Bakıda 14 yaşlı oğlanı hədələyib telefonunu aldılar

 Bakıda 14 yaşlı oğlanı hədələyib telefonunu aldılar

Bakıda yeniyetməyə qarşı quldurluq edilib.

Asayis.az xəbər verir ki, bu barədə 14 yaşlı T.C-nin anası Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək məlumat verib. O bildirib ki, hadisə evlərinin yaxınlığında olub. Naməlum şəxs oğluna yaxınlaşaraq ona bıçaqla xəsarət yetirəcəyini bildirməklə 400 manat dəyərində monil telefonunu ələ keçirib. 

Aparılan axtarışlar nəticəsində hadisəni törədən şəxsin Zeynalov Zöhrab Əfqan oğlu olduğu məlum olub və saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

16:45 - 1 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin