Çinə məxsus gəmi batdı - Ekipaj belə xilas oldu

 Çinə məxsus gəmi batdı - Ekipaj belə xilas oldu

Bu gün Tatar boğazının sularında, Vanino dəniz limanından cənub-qərbdə, göyərtəsində Çin bayrağı dalğalanan "YONG XING 56" yük gəmisi batıb.

Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə xəsarət alan olmayıb.

Məlumata görə, Çin Xalq Respublikasının 21 vətəndaşından ibarət ekipaj buzun üzərinə çıxaraq burada gözləyiblər. Onlar daha sonra, yaxınlaşan "Saxalin-8" gəmisinin göyərtəsində təhlükəsiz zonaya aparılıb. 

16:00 - 1 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin