Sumqayıtda halı pisləşən körpə xəstəxanaya aparılarkən vəfat edib.
Asayis.az xəbər verir ki, dünən axşam saatlarında Sumqayıtda 8 aylıq (18.07.2022 təvəllüdlü) Əli Xankişiyevin halı pisləşib.
Ailə üzvləri onu xəstəxanaya aparsa da, körpə yolda vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.