Bakı metrosunda qatarda NASAZLIQ

 Bakı metrosunda qatarda NASAZLIQ

Bakı metrosunda qatarda nasazlıq yaranıb.

Asayis.Az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasındaykan baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb:

"Maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib". 

18:10 - 28 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin