Zenfira İbrahimovanın ərinin maşınından oğurluq edən şəxs saxlanıldı

 Zenfira İbrahimovanın ərinin maşınından oğurluq edən şəxs saxlanıldı

Bakıda avtoyuma məntəqəsində maşından 15 min manat oğurlayan işçi saxlanılıb.

DİN Mətbuat xidmətindən Asayis.Az-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov tutulub.

Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən hadisə Müğənni Zenfira İbrahimovanın ərinin başına gəlib.

Belə ki, bir müddət öncə naməlum şəxs sənətçinin idmançı əri Anar Heydərovun maşınından 15 000 AZN oğurlayaraq qaçıb.

16:09 - 28 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin