Abşeron rayonu, Masazır qəsəbəsindəki bəzi yollar sakinləri təngə gətirib.
Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Belə ki, sakinlər Azadlıq küçəsi, Duz zavoduna gedən yolun asfalt örtüyünün yararsız vəziyyətdə olmasını bildiriblər.
Onlar həmin yolda işıqlandırmanın və dayanacaqların olmamasından da şikayətləniblər.
Görüntüləri olduğu kimi təqdim edirik: