Xırdalanda oğlan sevgilisini şəkilləri ilə şantaj etdi

 Xırdalanda oğlan sevgilisini şəkilləri ilə şantaj etdi

Xırdalanda gənc qız şantaj olunub. 

Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, polisə şikayət edən Ş.A. qeyri-rəsmi nikah münasibətlərində yaşadığı İsmət adlı şəxsin onun səmimiyyətindən istifadə edərək qeyri-münasib şəkillərini çəkdiyini və bu şəkillərlə onu şantaj etdiyini bildirib.

Oğlan bu yolla sevgilisindən 3000 manatdan çox pul alıb.

Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlayıb.

17:31 - 27 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin