Sabunçuda ailə onlara verilən 194 min manat kompensasiyaya etiraz edir - FOTO

 Sabunçuda ailə onlara verilən 194 min manat kompensasiyaya etiraz edir - FOTO

Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi ev 27 ünvanında yaşayan ailə şikayətçidir.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb ailənin qəzalı binada yaşamasıdır. 

Şikayətçi iddia edir ki, rəsmi qurumlar onların hüquqlarını təmin etmirlər:

"İcra hakimiyyəti 3 ildir bizi qəzalı binada yaşadır. Binanı da özləri dağıdıblar. Rayon icra hakimiyyətinin bununla bağlı sərəncamı var, həmin sərəncamdan irəli gələn məsələləri həll etmək əvəzinə bizi məhkəməyə verirlər. Bir dəfə məhkəmə olub, 2 il 4 aydan sonra yekunlaşıb və iddiaları rədd edilib. Biz də onlardan mənzil müqaviləsinin bağlanmasını istəyirik, amma bunu etmək əvəzinə bizi məhkəməyə verirlər ki, işi uzatsınlar".

İddialarla bağlı 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Salman Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin ərazidə 30 ailə yaşayıb. Onlardan 29-u köçürülüb. Qalıb bircə bu ailə:

"Köçürülənlərdən bəzilərinə kompensasiya, bir qisminə isə mənzil verilib. Lakin bu ailənin evi 190 kvadrat metrdir. Onlar paylarına düşəndən artığını istəyirlər. Həmin şəxs üçün 194 min manat kompensasiya ayrılıb. Ailə bununla razı deyil. Biz vətəndaşa dövlətin ayırdığı puldan artıq heç nə verə bilmirik, nə də ki kvadratı artırmaq olur. Fövqəladə Hallar Nazirliyinin rəyi var ki, həmin bina qəzalıdır. Məhz bu səbəbdən sakinlər köçürülüb. Hazırda iş məhkəmədədir. Yekun cavabı gözləyirik. Nəticəyə uyğun olaraq işlər icra ediləcək".

17:00 - 27 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin