“Neftçi” şikayət etdi - AFFA təmin etmədi

 “Neftçi” şikayət etdi - AFFA təmin etmədi

Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb.

Asayis.Az xəbər verir ki, “Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilib.

Bu barədə AFFA-nın rəsmi saytında bildirilib. 

İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv olunub.

“Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib.

İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi” komandasının futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və “Neftçi“ komandasının baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılıb.

14:37 - 27 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin