Paytaxtda narkotik satan ana və qızı tutulublar - FOTO/VİDEO

 Paytaxtda narkotik satan ana və qızı tutulublar - FOTO/VİDEO

Bakının Yasamal rayonunda metamfetamin satan üç qadın saxlanılıb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan M.Quliyeva, anası A.Quliyeva və A.Əliyeva tutulublar. Saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir.

12:49 - 27 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin