Naxçıvanda kafedə bıçaqlanma olub

 Naxçıvanda kafedə bıçaqlanma olub

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

Asayis.Az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin kafelərindən birində (“Bir Bakal”) qeydə alınıb.

Naxçıvan şəhər Qaraxanbəy kənd sakini 1996-cı il təvəllüdlü Məhəmməd Mustafayev münaqişə zəminində tanışı Araz Nemətoğlu tərəfindən bıçaqlanıb.

M.Mustafayev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Təqsirli bilinən şəxs isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

12:09 - 27 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin