Yevlaxda arvadını öldürən Anar Salmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xaliq Məmmədovun icraatına verilib.
Qeyd edək ki, Yevlax Rayon Prokurorluğuna 2022-ci il noyabrın 19-da saat 6 radələrində 22 yaşlı Nuridə Salmanovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırmalar zamanı zərərçəkmişin əri, 29 yaşlı Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.