Masallıda 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

 Masallıda 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

Masallıda 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Abdullayev saxlanılıblar. Onlara məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin və bir kiloqrama yaxın metamfetamin və bir ədəd bıçaq aşkarlanaraq götürülüb. 

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. 

 

16:28 - 24 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin