Qulağı kəsilən qadının, bıçaqlanan əri və nəvəsinin vəziyyətləri açıqlandı - VİDEO

 Qulağı kəsilən qadının, bıçaqlanan əri və nəvəsinin vəziyyətləri açıqlandı - VİDEO

Şəmkir rayonunda qonşusu tərəfindən hücuma məruz qalan şəxslərin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxslər 24.02.2023-cü il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə daxil olublar:

“Onlardan iki nəfərə (qadın) zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar:

Bir nəfərin (kişi) döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu ilə müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti stabildir”.

08:34

Şəmkir rayonunda ruhi-əsəb dispanserində müalicə almış şəxs qonşularına xəsarət yetirib. 

Oxu.Az-ın məlumatına görə, F.Məmmədov adlı şəxs qonşusunun evinə gələrək, onlara bıçaq zərbələri endirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub:

“Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, o, ifadəsində “Cinlər mənə dedi ki, onları bıçaqlayım”, deyə qeyd edib.

16:16 - 24 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin