Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 30 yaşlı Fikrət Səfərov naməlum şəraitdə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, boğazının kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.