“Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub”.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Asayis.az-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şəmkir rayonunda üç nəfər bıçaqlanıb.
Asayis.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, ev sahibləri yatan zaman qeydə alınıb.
Belə ki, Fuad adlı şəxs evə daxil olaraq 1972-ci il təvəllüdlü Sevda Abbasova, 1968-ci il təvəllüdlü Natiq Abbasov və nəvələri, 2014-cü il təvəllüdlü X.Abbasovanı bıçaqlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb.