Kirayə pulunu verə bilmədi, azyaşlı qızı ilə küçədə qaldı - VİDEO

 Kirayə pulunu verə bilmədi, azyaşlı qızı ilə küçədə qaldı - VİDEO

Bakıda kirayə pulunu verə bilməyən qadın küçədə qalıb.

Asayis.Az Baku TV-yə istinadən xəbər verir ki, azyaşlı uşaqla küçədə oturan qadının qalmağa yeri yoxdur.

Qadın bildirib ki, ürək əməliyyatı olunduğu üçün işləyə bilmir.

Səkkiz yaşlı qızı ilə küçədə oturan qadın deyib ki, tanışının işdən gəlməsini gözləyir.

Baku TV əməkdaşları qadına sığınacaqda qalmağı təklif etsələr də, o, buna razı olmayıb. Sonda tanışının evində gecələyəcəyini bildirən qadın evinin kirayəsinin ödənilməsi üçün kömək istəyib.

Ətraflı süjeti təqdim edirik:

17:42 - 23 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin