Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Asayis.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Onlardan 16 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə 7 kiloqramdan artıq - marixuana, heroin və metamfetamin, eləcə də metadon və tramadol həbləri aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Qeydə alınan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.