Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

 Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Asayis.Az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2101 markalı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Qafarov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. T.Qafarovun  barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

16:20 - 22 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin