Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin rəisi vəzifəsini icra edən Yuri Tkaçenko otellərin birində baş verən yanğından sonra hadisə yerinə gedərkən qəzaya düşüb.
Asayis.Az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Tkaçenko sürücüsü ilə Moskvada oteldə yanğın baş verən əraziyə gedirmiş. FHN rəsmisinin içində olduğu "Volkswagen Transporter" markalı avtomobil "Kia Picanto" ilə toqquşub.
Qəzadan sonra Tkaçenko və sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.