Altı yaşlı qız nənəsini güllələdi

 Altı yaşlı qız nənəsini güllələdi

ABŞ-da altı yaşlı nəvəsi tərəfindən təsadüfən vurulan qadın xəstəxanaya yerləşdirilib.

Asayis.Az-ın xarici mediaya istinadən məlumatına görə, gadisə Florida ştatının Nort-Port şəhərində baş verib. Təcili yardımı bel nahiyəsindən güllə yarası alan 57 yaşlı yerli sakin çağırıb. Məlum olub ki, onu öz nəvəsi güllələyib.

Qız nənəsinin avtomobilinin arxa oturacağında əyləşərkən sürücü oturacağının cibində tapança tapıb. O, silahı əlinə alaraq tətiyi çəkib. Atışma səsi eşidilib, güllə oturacağın arxasından keçərək maşını idarə edən qadına dəyib.Amerikalı avtomobili evə gətirməyə və xilasediciləri təkbaşına çağırmağa nail olub. Zərərçəkmiş üçün helikopter göndərilib və onu ən yaxın xəstəxanaya aparıblar. İndi onun həyatı üçün heç bir təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qız və şahidləri dindiriblər və atəşin təsadüfi olduğu qənaətinə gəliblər.

19:19 - 21 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin