Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “İveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Asayis.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.