Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü T.Kərimova və onun azyaşlı övladı xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.