Bakıda bina su quyusunun üstündə tikilib?

 Bakıda bina su quyusunun üstündə tikilib?

Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev 7 ünvanının sakinləri narazıdırlar.

Asayis.Az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb binanın həyətini su basmasıdır. 

Sakinlər iddia edirlər ki, ərazidəki yaşayış binası qanunsuz tikilidir və o, su quyusunun üzərində inşa olunub. 

Şikayətçinin sözlərinə görə, sakinlər bu barədə "Azərsu” ASC-yə şikayət edib. Müvafiq qrumun əməkdaşları əraziyə baxış keçirib və həqiqətən də həmin tikilinin qanunsuz olmasını, su quyusunun üzərində tikilməsi faktını təsdiq edib. Lakin tikilinin sahibi, "Mənim icradan icazəm var", - deyərək heç bir tədbir görmür.

Bundan başqa, Nərimanov rayon icra hakimiyyətinə də müraciətlər olunub, lakin iddialara görə qurum vətəndaşların şikayətinə baxmır.

14:11 - 20 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin