Mingəçevirdə kütləvi dava olub.
Asayis.Az xəbər verir ki, bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, şəhərin “Mingəçevir kəndi” adlanan ərazisində mübahisə zamanı ilkin ehtimala görə, 2004-cü il Hüseynzadə Fazil Zahir oğlu üzərində gətirdiyi bıçaqla 1992-ci il təvəllüdlü Məmmədov Rauf Kamal oğluna xəsarət yetirib.
Faktla bağlı Mingəçevir ŞPİ-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.